“AG Bank” və “NBC Bank” əmanətçilərinin pulları qaytarılacaq - Vaxt təyin olunur

12:04 - 18.05.2020


18 may, Fineko/abc.az. “AG Bank” ASC və “NBC Bank” ASC-də yerləşdirilən sığortalı əmanətlər Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən qanunvericiliyə uyğun müddətdə əmanətçilərə qaytarılacaq.

ADIF-dən ABC.AZ- bildirilib ki, əmanətlərin qaytarılması üçün sənəd qəbulunun yeri və vaxtı barədə əlavə məlumat veriləcək.

Əmanətlərin Sığortalanması Fondu bildirir ki, Bakı Apellyasiya Məhkəməsinin 2020-ci il 14 may tarixli qərarı ilə “NBC Bank” ASC, 2020-ci il 14 may tarixli qərarı ilə isə “AG Bank” ASC müflis elan edilib və iflas proseduruna başlanıb. Məhkəmə qərarlarına əsasən, Əmanətlərin Sığortalanması Fondu “NBC Bank” ASC və “AG Bank” ASC-nin ləğvedicisi təyin edilib.

 

Вся лента