Binəqədi Nəqliyyat Mübadilə Mərkəzinin istismara verilməsi təxirə salınıb

11:21 - 15.01.2018


15 yanvar, Fineko/abc.az. Bakı Nəqliyyat Agentliyi (BNA), Binəqədi Nəqliyyat Mərkəzinin daha öncə, yanvarın 13-də elan edilmiş istismara verilmə tarixini dəyişdi.

 BNA-dən verilən məlumata əsasən, metronun "Dərnəgül" stansiyası yaxınlığında yerləşən yeni Nəqliyyat Mübadilə Mərkəzi, cari həftə ərzində istismara veriləcək.

“Yeni Mübadilə Mərkəzinin istismara verilmə tarixi, müəyyən texniki məsələlərə görə dəyişdirilirb”, - bunu Agentlikdən bildirdilər.

Mübadilə Mərkəzinin ərazisində, 12 marşrut xətti ilə hərəkət edən 112 ədəd avtobusun xidməti planlaşdırılır. Həmçinin taksi dayanacaqları quraşdırılıb.  Mübadilə Mərkəzi istismara veriləndən sonra, metronun “Azadlıq Prospekti” stansiyasına qədər hərəkət edən şəhərətrafı marşrutların son dayanacağı yeni Binəqədi Mübadilə Mərkəzi olacaq. Səbəb, həmin ərazidə xaotik hərəkətin və sıxlığın aradan qaldırılmasıdır.

 

Вся лента