Azərbaycanın ən çox məhsul ixrac etdiyi ölkələr - Siyahı

11:46 - 19.05.2020


19 may, Fineko/abc.az. Bu ilin yanvar-aprel aylarında Azərbaycan ən çox İtaliyaya məhsul ixrac edib.

ABC.AZ xəbər verir ki, bu barədə məlumatı Dövlət Gömrük Komitəsi yayıb.

Məlumata əsasən, 4 ayda ixracda əsas ölkələrin siyahısında ilk sırada İtaliya, Türkiyə və İsrail qərarlaşıb.

İtaliyaya ixracın dəyəri 2 milyard 405,6 milyon ABŞ dolları, Türkiyəyə 1 milyard 12,2 milyon dollar, İsrailə isə 310,7 milyon dollar olub. Azərbaycanla ticarət dövriyyəsində əsas ölkələrin siyahısında ilk üçlükdə İtaliya, Türkiyə və Rusiya qərarlaşıb. İtaliya ilə ticarət dövriyyəsi 2 milyard 553,9 milyon dollar, Türkiyə ilə 1 milyard 515,3 milyon dollar, Rusiya ilə 804 milyon dollar təşkil edib.

 

Вся лента