Azərbaycanın bu ölkələrlə ticarət dövriyyəsi azalıb - Siyahı

12:22 - 19.05.2020


19 may, Fineko/abc.az. Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı Körfəz ölkələrinin adları məlum olub.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu ilin yanvar-aprel aylarında Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı Körfəz ölkələri sırasında ilk üçlükdə İran, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanı qərarlaşıb.

Hesabat dövründə ölkəmizin İranla ticarət dövriyyəsi 105,6 milyon ABŞ dolları, BƏƏ ilə 11,4 milyon dollar, Səudiyyə Ərəbistanı ilə isə 4,6 milyon dollar olub. Hər üç ölkə ilə ticarət dövriyyəsi 2019-cu ilin müvafiq dövrünə nisbətən azalıb. Bu ölkələr, eyni zamanda, Azərbaycanın ən çox məhsul idxal etdiyi Körfəz ölkələri sırasında da ilk üçlükdədir. İrandan idxalın dəyəri 95 milyon dollar, BƏƏ-dən 7,3 milyon dollar, Səudiyyə Ərəbistanından isə 4 milyon dollar təşkil edib. Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu ölkələrdən idxal azalıb.

 

Вся лента