Azərbaycan Gürcüstandan 1000 tondan çox dondurulmuş mal əti alıb

12:39 - 19.05.2020


19 may, Fineko/abc.az. Bu ilin yanvar-aprel aylarında Azərbaycan Gürcüstandan 1 080 ton dondurulmuş mal əti idxal edib.

ABC.AZ Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsindən bildirilib.

Azərbaycanın Gürcüstandan aldığı bu məhsulun ümumi dəyəri 4 418,2 min ABŞ dolları təşkil edib.

Qeyd edək ki, ötən ilin eyni dövrü ilə müqayisədə Gürcüstanın Azərbaycana ixrac etdiyi dondurulmuş mal ətinin həcmi 1 076,2 ton artıb.

Müəllif: Elmir Murad

 

Вся лента