AMB valyuta hərracında banklara $55,5 mln. satıb

12:56 - 19.05.2020


19 may, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatında deyilir ki, mayın 19-da valyuta hərracında banklara $55,5 mln satılıb.

"Valyuta hərracında banklar tərəfindən tələb $55,5 mln.t əşkil edib və tam təmin edilib", - deyə AMB-nin məlumatında bildirilir.

Hərracın nəticələrinə görə, manatın dollara qarşı orta çəkili məzənnəsi 1,70 AZN/$1 təşkil edib.   

 

Вся лента