Pandemiyadan sonra hotellər belə işləyəcək – Yeni qaydalar

15:22 - 19.05.2020


19 may, Fineko/abc.az. Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) təşəbbüsü ili “Pandemiya dövründən sonra daxili turizmin inkişafı və region hotellərinin xüsusi hazırlığı" mövzusunda onlayn müzakirə keçirilib.

Agentlikdən ABC.AZ-a verilən məlumata görə, müzakirələrdə karantin dövründən sonra hotellərin fəaliyyəti, təklif olunan xidmətlərdə yeni qiymət siyasəti, hotellərdə sanitariya və gigiyena qaydalarına riayət olunması, qonaqların qarşılanması və yerləşdirilməsi kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Hotel şəbəkələrinin rəhbər şəxsləri pandemiyadan sonra vətəndaşlara göstərilən turizm xidmətlərində yeni norma və standartların, xüsusi yanaşmaların tətbiq ediləcəyini diqqətə çatdırıblar.

Belə ki, artıq vətəndaş hotelə daxil olarkən ilk növbədə xüsusi avadanlıqla onların hərarəti ölçüləcək. Müştəri ilə hotel personalı arasında sosial məsafənin saxlanılması təmin olunacaq. Eyni zamanda hotel nömrələrindən istifadə edən müştəri, hoteldən çıxış etdikdən sonra həmin otağa 48 saat müddətində heç kəs buraxılmayacaq.

Müəllif: Elmir Murad

 

Вся лента