COVID-19 ilə mübarizə üçün ABŞ Azərbaycana 3,6 milyon dollar vəsait ayırdı

10:38 - 20.05.2020


20 may, Fineko/abc.az. ABŞ Azərbaycana koronavirusla mübarizə üçün tibbi və humanitar yardım şəklində, təxminən, 3,6 milyon ABŞ dolları ayırıb.

ABC.AZ “Report”-a istinadən xəbər verir ki, bu, ABŞ Dövlət Departamentinin mayın 19-da yaydığı məlumatda göstərilib.

Qeyd olunub ki, ümumi məbləğdən 3 milyon ABŞ dolları tibbi yardım, laboratoriya sistemlərinin hazırlanması, xəstələnmə hallarının aşkarlanması və epidemik nəzarətinin intensivləşdirilməsi, texniki mütəxəssislərin vaxtında reakasiya verməsi və hazıqlığı üçün dəstək, risklər barədə məlumatlandırmaya dəstək və s. üçün ayrılıb. Qalan 565 min ABŞ dolları isə pandemiya zamanı aztəminatlı əhaliyə humanitar yardım məqsədi daşıyır.

Daha əvvəl bildirilirdi ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) COVID-19 virusunun yayılması ilə mübarizə üçün Azərbaycana tibbi yardım şəklində 1,7 milyon ABŞ dolları ayırdığı bildirilmişdi.

Son 20 ildə ABŞ Azərbaycana 890 milyon ABŞ dollarından çox, o cümlədən səhiyyə sahəsinə, təqribən, 41 milyon ABŞ dollarından çox sərmayə qoyub.

 

Вся лента