“Bloomberg”də dollar manata nisbətən bahalaşdı

12:40 - 15.01.2018


15 yanvar, Fineko/abc.az. Yanvar ayının 15-də banklararası ticarətdə dollar manata nisbətən bahalaşıb.

“Bloomberg” terminalında  dollar ticarətə 1,6996 manat məzənnəsi ilə başlayıb və 0,01% yüksələrək 1,7002 manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün dolların məzənnəsini 1,7001 manat səviyyəsinə müəyyən edib.

 

Вся лента