Biləcəri qəsəbəsi ilə hərəkət edən bəzi avtobusların hərəkət istiqaməti dəyişdirilib

14:50 - 20.05.2020


20 may, Fineko/abc.az. Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsində təmir-tikinti işlər ilə əlaqədar olaraq yolun bağlanması səbəbindən 91, 92 və 202 nömrəli marşrutların hərəkət istiqamətləri müvəqqəti olaraq dəyişdirilib.

ABC.AZ Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir ki, 91 nömrəli marşrut xəttinin istiqaməti Biləcəri qəsəbəsi daxili alternativ küçələrlə təşkil edilib. 92 nömrəli marşrut xəttinin istiqaməti Biləcəri enişi – Natavan küçəsi - Yəhya Hüseynov küçəsi (Biləcəri meydanı) – Bakı-Sumqayıt şosesi – Dairəvi küçə daha sonra öz xətti üzrə təşkil olunub. 202 nömrəli marşrut xəttinin isə son dayanacaq məntəqəsi Asəf Zeynallı küçəsi (Ağ saray şadlıq sarayı) təyin edilib.

 

Вся лента