Ötən günkü yüksəlmədən sonra neft bahalaşmaqda davam edir, Brent-in qiyməti barel başına $36,50-ə yüksəldi

10:04 - 21.05.2020


21 may, Fineko/abc.az. Ardıcıl olaraq ikinci həftənin yekunları üzrə artımdan sonra neftin etalon markalarının qiymətləri cümə axşamı ticarətində artmaqdadır.

9:15-də London ICE Futures birjasında Brent-in iyul üzrə fyuçersi $0,81 (2,27%) – bir barelə $36,56 qədər yüksəldi.

Mayın 20-də ICE Futures birjasında ticarətin nəticələrinə görə, iyul fyuçersinin qiyməti bir barelə $1,10 (3,18%), $35,75 qədər artıb.

9:15-də Nyu-York əmtəə birjasında (NYMEX) WTI-in iyul ayına olan fyuçersi $0,77 (2,30%) – bir barelə $34,26-a qədər artmışdır.

Mayın 20-də Nyu-York əmtəə birjasında (NYMEX) keçirilən ticarətin nəticələrinə görə, WTI-nin iyul fyuçersinin qiyməti 1,53 (4,79%) dollar, barel başına 33,49 dollara çatıb.

 

Вся лента