Azərbaycanda pul bazası 2017-ci ilə ərzində 683 milyon manat artıb

15.01.2018,14:34


15 yanvar, Fineko/abc.az. Azərbaycanda pul bazasının həcmi dekabr ayında 1,65% azalıb.

Azərbaycan Respublikasının Mərkəzi Bankının məlumatına əsasən, 2018-ci ilin yanvarın 1-nə pul bazası  8543,2 milyon manat təşkil etmişdir.

Pul bazasının həcmi 2017-ci ilin dekabrın 1-nə 8686,8 milyon manat, noyabrın 1-nə 8531,6 milyon manat, oktyabrın 1-nə 8671,2 milyon manat, sentyabrın 1-nə  8468,4 milyon manat, avqustun 1-nə 8332,9 milyon manat, iyulun 1-nə  8274,5 milyon manat, iyunun 1-nə 7788,7 milyon manat, mayın 1-nə 7628,1 milyon manat, aprelin 1-nə 7277,5 milyon manat, martın 1-nə 6987 milyon manat, fevralın 1-nə  7331,7 milyon manat,  yanvarın 1-nə isə 7860,5 milyon manat təşkil etmişdir.

2017-ci ilin dekabr  ayı ərzində pul bazasının daralması 143,6 milyon manat, noyabr ayında isə genişlənməsi 155,2 milyon manat təşkil etmişdir. 2017-ci il ərzində pul bazası, ümumiyyətlə 682,7 milyon manat genişlənib.

2014-cü ilin sentyabrın 1-nə pul bazası 11743,6 milyon manat (mütləq rekord) təşkil etmişdir.

 

 

Ключевые слова: pul bazası