Yanvarın 16-da gözlənilən hava haqqında məlumat elan edilib

14:36 - 15.01.2018


15 yanvar, Fineko/abc.az. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Azərbaycanda çərşənbə axşamı, yanvarın 16-da gözlənilən hava haqqında məlumatı açıqlaylb.

Məlumatda deyilir ki, Bakıda və yarımadada yanvarın 16-da buludlu hava şəraiti üstünlük təşkil edəcək, gecə və səhər  saatlarında bəzi yerlərdə yağıntılı olacaq. Şimal-şərq küləyi əsəcək.

Bakıda və Abşeronda gecə 0-2, gündüz 3-5 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunundan 770 mm civə sütununa enəcək, nisbi rütubət isə 70-80 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında yanvarın 16-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda yağıntılı olacağı, qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək, gündüz arabir güclənəcək.

Gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-7 dərəcə isti, dağlarda gecə 7-12 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.

 

Вся лента