Azərbaycanın MDB-də ən çox məhsul ixrac etdiyi ölkələr – Siyahı

15:02 - 21.05.2020


21 may, Fineko/abc.az. Yanvar-aprel aylarında Azərbaycanın MDB ölkələri arasında ən çox məhsul satdığı dövlət məlum olub.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, sözügedən dövrdə Azərbaycan MDB ölkələrindən ən çox məhsul Rusiyaya ixrac edib.

Rusiya ilə yanaşı sözügedən dövrdə Azərbaycanın MDB ölkələri arasında ən çox məhsul ixrac etdiyi ölkələr Ukrayna və Belarus olub. Rusiyaya ixrac olunan məhsulların dəyəri 193,5 milyon ABŞ dolları, Ukraynaya 171,8 milyon dollar, Belarusa isə 50,3 milyon dollar olub.

Müəllif: Elmir Murad

 

Вся лента