Azərbaycan Dövlət Neft Şirkəti və IBM birgə müəssisə təsis etdi

15:22 - 15.01.2018


15 yanvar, Fineko/abc.az. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) və IBM şirkəti  “Caspian Innovation Center” adlı birgə müəssisə yaradıb.

ARDNŞ-ın məlumatında deyildiyi kimi, yeni analitika və təchizat mərkəzinin əsas məqsədi Azərbaycanda, Xəzər regionunda və digər ölkələrdə, ilk növbədə neft-qaz sənayesi üzrə, rəqabət qabiliyyətli informasiya texnologiyaları (İT), biznes transformasiyası və müvafiq məsləhət xidmətlərini həyata keçirməkdir.

"SOCAR-IBM birgə müəssisəsi SOCAR-a və regiondakı digər şirkətlərə rəqəmsal biznes transformasiyası və istehsalat effektivliyinin artırılması ilə bağlı xidmətlərini təklif edəcək. Nəzərdə tutulan transformasiya proqramı IBM-in qabaqcıl təcrübəyə əsaslanan proses və texnologiyalarını Azərbaycan və bütün regiona gətirəcək. Birgə müəssisə Azərbaycanda praktiki həllər və İT ilə əlaqədar analitika üçün baza yaradacaq, bununla da insan kapitalının inkişafına əlavə təkan verəcək”, - məlumatda belə deyilir.

 

 

Вся лента