Mikayıl Cabbarov: ABŞ Azərbaycanda ikinci ən böyük investordur

17:16 - 21.05.2020


21 may, Fineko/abc.az. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham Azərbaycan”) birgə təşkilatçılığı ilə videokonfrans formatında görüş keçirilib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən ABC.AZ-a bildirilib ki, görüşdə nazir Mikayıl Cabbarov Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində, o cümlədən sənaye, kənd təsərrüfatı, tikinti, xidmət və digər sahələrdə ABŞ-ın 257 şirkəti fəaliyyət göstəridiyini bildirib.

“ABŞ-ın Azərbaycana yatırdığı sərmayələrin həcmi iqtisadiyyatın neft-qaz sektorunda 12,8 milyard dollar olmaqla ümumilikdə 14 milyard dollara çatıb. Bununla da, Azərbaycanda ikinci ən böyük investordur.” – deyə M.Cabbarov qeyd edib.

 

Вся лента