Azərbaycanlı biznesmen pandemiya dövründə milyardlarını daha da artırıb - Məbləğ

12:36 - 27.05.2020


27 may, Fineko/abc.az. Rusiyanın zəngin adamları koronavirus pandemiyası dövründə sərvətlərini biraz da artıra biliblər.

ABC.AZ xarici KİV-lərə istinadən xəbər verir ki, COVID-19 pandemiyası dövründə Rusiyanın ən varlı adamları sərvətlərini 62 milyard ABŞ dolları artırıb.

Bu barədə məşhur "Foebes" jurnalı məlumat verib. Jurnalın yazdığına görə, hazırda rusiyalı milyarderlərin 454 milyard ABŞ dolları var. Jurnal onların sərvətinə görə reytinqini də qeyd edib. Beləliklə rusiyalı milyarderlər arasında ilk yerlərdə olan “Nornikelya”-nın sahibi Vladimir Potaninin varidatı 19,6 milyard ABŞ dollarından 26,1 milyard dollara qədər artıb. İkinci yerdə “Novateka”-nın sahibi Leonid Mixelson gəlir. O, pandemiya dövründə 5,4 milyard ABŞ dolları qazanıb. Hazırda onun sərvəti 22,5 milyard ABŞ dollarıdır. “Seevrstal”-ın sahibi Aleksey Mordaşov 2,3 milyard ABŞ dolları (hazırda sərvəti 19,1 milyard ABŞ dollarıdır), “Lukoil”-in prezidenti Vahid Ələkbərov 5,6 milyard ABŞ dolları qazanıb ( hazırda onun sərvəti 20,8 milyard ABŞ dollarıdır).

Qeyd edək ki, birjaların bərpası sayəsində Rusiyada milyarderlərin sayı 99 nəfərdən 101 nəfərə yüksəlib.

 

 Müəllif: Elmir Murad

Вся лента