Paytaxtın bir sıra küçələrində hərəkət məhdudlaşdırılacaq

13:33 - 30.05.2020


30 may, Fineko/abc.az.  Aparılan təmir işləri ilə əlaqədar İstiqlaliyyət küçəsi ilə BMT-nin 50 illiyi küçəsinin kəsişməsində bu gün avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik məhdudlaşdırılacaq.

Bu barədə ABC.AZ-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Xəbər veilir ki, buna görə də, sürücülərdən alternativ olaraq Lermontov və Bünyad Sərdarov küçələrindən istifadə etmələri xahiş olunur.

Вся лента