Qafqazın ən böyük ticarət mərkəzi Bakıda açılır – Sabah

12:27 - 31.05.2020


31 may, Fineko/abc.az. Azərbaycanın və Qafqazın ən böyük ticarət mərkəzi "Dəniz Mall sabahdan fəaliyyətə başlayır.

ABC.AZ-ın məlumatına görə, bu barədə xəbəri ticarət mərkəzinin facebook səhifəsi yayıb. Məlumatda qeyd olunub ki, ticarət mərkəzinə daxil olarkən koronovirus pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminə əməl edilməlidir:

"Çox böyük məmnuniyyətlə nəzərinizə çatdırırıq ki, "Dəniz Mall" 1 iyundan fəaliyyətə başlayır. Sizdən ticarət mərkəzinə daxil olarkən koronovirus pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminə əməl etməyinizi, insanlarla məsafə saxlamağı və maskalardan istifafə etməyinizi xahiş edirik. Qeyd edək ki, ticarət mərkəzində yerləşən kinoteatr, əyləncə mərkəzləri və bütün iaşə obyektləri Nazirlər Kabinetinin yanında operativ qərargahın qərarına əsasən bir müddət daha fəaliyyət göstərməyəcək".

Qeyd edək ki, "Dəniz Mall" Dənizkənarı Bulvarın ərazisində yerləşir.

Müəllif: Elmir Murad

 


Вся лента