Türkiyə vətəndaşlarından viza alınmayacaq – Əvvəlki tələb ləğv olundu

14:41 - 31.05.2020


31 may, Fineko/abc.az. Azərbaycana 90 günədək müddətə səfər etmək istəyən Türkiyə vətəndaşları üçün viza tələb olunmayacaq.

ABC.AZ-ın məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azadetmə haqqında" Sazişin təsdiq edilməsi barədə qanun layihəsi müzakirə edilib.

Sənədə əsasən, Azərbaycana 90 günədək müddətə səfər etmək istəyən Türkiyənin etibarlı ümumvətəndaş pasportuna malik vətəndaşları üçün viza tələbi ləğv edilir.

Qeyd edək ki, mövcud qanunvericilikdə isə bu müddət 30 gün idi. Müəllif: Elmir Murad

 

Вся лента