Zelenski ildə 1 milyon dollar pul qazanıb – Ukrayna prezidenti hesabat verdi

15:39 - 31.05.2020


31 may, Fineko/abc.az. Ukrayna Prezidenti Vladimir Zelenski ailəsinin 2019-cu ildəki gəliri haqqında hesabatı açıqlayıb.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, Zelenskinin ailəsinin gəliri ötən il 1 milyon dolları ötüb.

Hesabatda Zelenskinin ailə üzvlərinin gəlirləri ilə yanaşı ödədikləri verginin həcmi də açıqlanıb. Belə ki, prezident ailəsi 1 ildə 133.8 min dollar vergi ödəyib.

Qeyd edək ki, Zelenski 2019-cu ilin mayından etibarən sahibkarlıq fəaliyyətini dayandırıb. Onun 2019-cu ilin may-dekabr ayında ümumilikdə 7.8 min dollar əmək haqqı aldığı məlum olub.

 

Вся лента