İdxal əməliyyatlarının ən çox aparıldığı aylar - Statistika

17:01 - 31.05.2020


31 may, Fineko/abc.az. Bu il Azərbaycanda ən çox idxal əməliyyatları fevral ayında aparılıb.

Dövlət Gömrük Komitəsindən ABC.AZ-a bildirilib ki, bu il idxal əməliyyatlarının ən yüksək göstəricisi fevralda, ən aşağı göstəricisi isə yanvarda qeydə alınıb. Belə ki, fevral ayında ixrac əməliyyatları dəyəri 1 milyard 66,4 milyon ABŞ dolları, yanvarda isə 720,9 milyon dollar təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında ölkəyə idxal edilən məhsulların dəyəri 3 milyard 381,8 milyon dollar olub.

Müəllif: Elmir Murad

 

 

Вся лента