TuranBank rəsm müsabiqəsinin qalibini elan etdi

09:38 - 1.06.2020


1 iyun, Fineko/abc.az.  Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə TuranBank tərəfindən Ümid Yeri uşaqlar evinin balaca sakinləri arasında təşkil olunan müsabiqənin qalibi müəyyən olundu. 13 yaşlı Vüsal Məmmədov “Günəş” adlı kompozisiyası ilə qalib seçildi və bankdan hədiyyə olaraq kompüter və printer qazandı.

Bütün iştirakçılara təşəkkürümüzü bildirir qalibi təbrik edirik!

Uğurları bol olsun!

Bir daha balaca dostlarımızı 01 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edirik!

Вся лента