Bəzi bankların kapitallığı aşağıdı – Elman Rüstəmovdan açıqlama

16:05 - 1.06.2020


1 İyun, Fineko/abc.az. Mərkəzi Bank sədri Elman Rüstəmov Azərbaycanda hələ də bəzi bankların  kapitalının aşağı olduğunu qeyd edib.

ABC.AZ xəbər verir ki, E.Rüstəmov sözügedən məsələnin detallarına toxunaraq onların kapital adekvatlığının normal səviyyədə olduğunu bildirib.

"Hətta onların bir hissəsi kapitallaşma prosesindədir  və onlar öz öhdəliklərini yerinə yetirirlər. Bir daha qeyd edim ki, onların adekvatlıq göstəriciləri qənaətbəxş səviyydəədir. Mərkəzi Bank onların kapitallaşma prosesinə nəzarət edir, kapital artırılması qrafikini izləyir və onlara yardım edir ki, onlar vaxtında, ilin sonunadək kapitallaşma prosesini başa çatdırsınlar" deyə E. Rüstəmov qeyd edib.

Müəllif: Elmir Murad

 

Вся лента