Neftin qiymətləri artır, Brent bir barelə $38,75-a yüksəldi

09:41 - 2.06.2020


2 iyun, Fineko/abc.az. Neft qiymətləri OPEC+ - in hasilatın azalmasının hazırkı səviyyəsini artıra biləcəyi xəbərləri fonunda çərşənbə axşamı ticarətində yüksəlir.

Saat 9:05-də London ICE Futures birjasında, Brent-in avqust fyuçersi $0,43 (1,12%) – bir barelə ün $38,75-ə yüksəldi.

İyunun 1-də keçirilən hərracların nəticələrinə görə, Brent -in avqust ayı üçün neft müqavilələri $0,48 (1,27%) - barel başına $38,32-ə qədər artıb.

Saat 9:05-də Nyu-York əmtəə birjasında (NYMEX) WTI-nin iyul ayına olan fyuçersi $0,32 (0,9%) – bir barelə $35,76-a yüksəldi.

İyunun 1-də Nyu-York əmtəə birjasında (NYMEX) keçirilən ticarətin nəticələrinə görə, WTI-nin iyul fyuçersinin qiyməti 0,05 (0,14%) dollar, bir barelə $35,44-a düşüb.

 

Вся лента