Bu bankın qiymətli kağızları ticarətdən çıxarılacaq – Yeni qərar

12:23 - 2.06.2020


2 İyun, Fineko/abc.az. Listinq Komitəsi tərəfindən Bakı Fond Birjasının (BFB) listinq qaydalarının 13.1.2-ci bəndinə əsasən “AGBank” ASC-nin standart bazar seqmentində listinqdə saxlanılan səhmlərinin delistinq edilməsi qərara alınıb.

ABC.AZ Bakı Fond Birjasına istinadən xəbər verir ki, Birjanın listinq qaydalarına uyğun olaraq, delistinq haqqında qərar ictimaiyyətə açıqlandıqdan 2 ay sonra qüvvəyə minəcək və qiymətli kağızlar ticarətdən çıxarılacaqdır.

Qeyd ki, bu il mayın 12-də Mərkəzi Bank “AGBank”da aparılmış dəqiqləşdirmələr nəticəsində həmin bankın maliyyə vəziyyətinin qeyri-qənaətbəxş olduğunu, kapital mövqeyini tam itirdiyini, daha da pisləşdiyini aşkar edərək lisenziyasını ləğv edib.

 

Вся лента