AMB valyuta hərracında banklara $51,9 mln. satıb

13:45 - 2.06.2020


2 iyun, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatında deyilir ki, valyuta hərracında iyunun 2-də banklara $51,9 mln satılıb.

"Valyuta hərracında banklar tərəfindən tələb $51,9 mln. təşkil edib və tam təmin edilib", - deyə AMB-nin məlumatında bildirilir.

Hərracın nəticələrinə görə, manatın dollara qarşı orta çəkili məzənnəsi 1,70 AZN/$1 təşkil edib.

 

Вся лента