Bu qurumlar ötən il zərərlə işləyib – Siyahı

15:28 - 2.06.2020


2 İyun, Fineko/abc.az. Ötən il bir sıra dövlət müəssisələri tərəfindən göstərilən xidmətlərin subsidiyalaşması həyata keçirilib.

ABC.AZ apa-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı Maliyyə naziri Samir Şərifov deyib.

O bildirib ki, "Bakı Metropoliteni" QSC, "Azəristiliktəchizat" ASC, "Azərbaycan Hava Yolları" QSC (AZAL), Nəqliyyat Rabiyə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən "Azərpoçt" MMC-yə maliyyə vəsaiti ayrılıb: "Bu qurumlara ilin sonunda da biz maliyyə yardımı etmişik. Bu qurumların maliyyə vəziyyəti ürəkaçan deyil".

 

 

Вся лента