Azərbaycanda 273 nəfər koronavirus infeksiyasına yoluxub, 3 nəfər vəfat edib

20:00 - 2.06.2020


2 iyun, Fineko/abc.az.  Azərbaycanda 273 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 56 nəfər müalicə olunaraq sağalmış və evə buraxılıb.

Bu barədə ABC.AZ- Operativ Qərərgahdan məlumat verilib.

Qeyd olunur ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1943, 1954 və 1956-cı il təvəllüdlü 3 nəfər vəfat edib.

Hazda ölkədə 5935 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 3564 nəfər müalicə olunaraq sağalmış, 71 nəfər vəfat etmiş, 2300 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 50 nəfərin vəziyyəti ağır, 73 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

 

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 309.901 test aparılmışdır.

 

Вся лента