330x110
 

BNA 1,8 milyon manatlıq tenderə yekun vurub

03.06.2020,15:50


3 iyun, Fineko/abc.az. “Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxs  sahə avadanlıqlarının tam gücü ilə işləməsi üçün mövcud struktur və sistemlərə 12 aylıq texniki xidmətinin satın alınması ilə bağlı elan edilən açıq tenderə yekun vurulub.

ABC.AZ etender.gov.az -veb saytına istinadən xəbər verir ki, tenderin qalibi "TECHMASTER" MMC olub.

Qalib şirkətə 1,799835 manat ödəniləcək.