330x110
 

Xalis mənfəəti 32 faiz azalan BOKT – Hesabat

03.06.2020,16:05


3 iyun, Fineko/abc.az. “Qafqaz-Kredit” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2019-cu ili 31 min manat xalis mənfəətlə başa vurub.

ABC.AZ report-a istinadən xəbər verir ki, BOKT-un maliyyə hesabatına görə, bu, 2018-ci illə müqayisədə 32,6% azdır.

Ötən il “Qafqaz-Kredit”in vergiyəqədərki mənfəəti 39 min manat (əvvəlki ilə nisbətən 45,1% az), mənfəət vergisi ödəmələri isə 8 min manat (68% az) təşkil edib.

Bu il yanvarın 1-nə “Qafqaz-Kredit”in aktivləri 1,1 milyon manat olub ki, bu da illik müqayisədə 37,7% çoxdur. Bunun 818 min manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2019-cu ildə BOKT-un kredit portfeli 47,9% böyüyüb.

Hesabat dövründə “Qafqaz-Kredit”in 282 dəfə artaraq 282 min manata, balans kapitalı isə 3,7% artaraq 858 min manata çatıb.