Həftəsonları ərzaq dükanları bağlana bilər – Yeni qadağalar gəlir

10:01 - 4.06.2020


4 iyun, Fineko/abc.az. Dövlət müəssisələrində cümə günlərində iş saatlarının qısaldılması nəzərdə tutulub.

ABC.AZ xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

O bildirib ki, həftəsonu üçün əksər ticarət obyektləri və ərzaq dükanlarının tam qapanması planlaşdırılır. "Apteklərin məsələsi müzakirə olunur.

İki gün üçün insanlar tədarüklərini görməlidirlər" deyə R. Bayramlı vurğulayıb.

 

Вся лента