Həftəsonları küçəyə çıxma qadağan oluna bilər – Bütün diqqət Əli Əsədovdadı

10:10 - 4.06.2020


4 iyun, Fineko/abc.az. Azərbaycanda cümə günü axşamdan bazar ertəsi səhərə kimi tam qapadılma tətbiq olunması gözlənilir.

ABC.AZ xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov Operativ Qərargahın iyunun 3-də keçirilən brifinqində deyib.

O qeyd edib ki, ictimai və fərdi nəqliyyat hərəkəti, küçəyəçıxma, iş rejimi məhdudlaşdırılacaq, mağazalar qapadılacaq: "Bir sözlə tam qapalı rejim yaradılacaq. İyunun 4-ü bununla bağlı Operativ Qərargahın rəhbəri, Baş Nazir Əli Əsədovun müraciəti olacaq. Bu məsələlər detallı şəkildə elan ediləcək".

 

Вся лента