İpoteka və Kredit Zəmanət Fondunun aktivləri bir il ərzində 1,4 dəfə artdı

13:30 - 16.01.2018


16 yanvar, Fineko/abc.az. Azərbaycanın İpoteka və Kredit Zəmanət Fondu 2017-ci il üzrə fəaliyyətinin  yekunlarını açıqladı.

Fonddan verilən məlumata görə, Fondun  aktivləri keçən il ərzində 1,4 dəfə artaraq 958,2 mln.manat təşkil etmişdir. 2016-cı ilin sonunda isə bu göstərici 692,1 mln. manat səviyyəsində olmuşdur.

“İllik bölüşdürülməmiş mənfəəti isə, 2016-cı ildə 7,1 mln.manat qarşısında, 2,1-dəfə artaraq 15 mln.manat təşkil etmişdir”, - məlumatda belə deyilir.

Məlumatda deyilir ki, 2018-ci ildə Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətə başlaması, ipoteka kreditləri ilə yanaşı ölkədə sahibkarlığa verilən kreditlərə zəmanətlərin və subsidiyaların verilməsi təmin ediləcəkdir. Yeni mexanizmin tətbiqi   potensial daxili maliyyə imkanlarının bazar şərtləri ilə iqtisadi artıma yönləndirilməsinə, qeyri-neft sektorunun, sahibkarlığın dəstəklənməsinə, bank sisteminin risklərinin azaldılmasına, maliyyə vəsaitlərinin dəyərinin aşağı salınmasına xidmət göstərəcəkdir.

 

Вся лента