Həftə sonlarında karantin rejimi tətbiq olunacaq – Əli Əsədov əhaliyə müraciət etdi

14:15 - 4.06.2020


4 iyun, Fineko/abc.az. İyunun 6-ı saat 00:00-dan 8 iyun saat 06:00-dək aktiv yoluxma hallarındakı artımı səbəbindən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda sərt karantin rejiminin tətbiq olunması qərarı verilib.

ABC.AZ xəbər verir ki, bu Baş Nazir Əli Əsədovun əhaliyə müraciətində qeyd edilib.

"Xəstəliyin yoluxma halları digər şəhər və bölgələrdə artacağı hallarda sərt tədbirlər gələcəkdə həmin bölgələrdə də təkrarən tətbiq olunacaqdır. Qərarın icra olunmasına nəzarət Daxili İşlər Nazirliyinə həvalə olunub. Sonda bir daha bildirmək istəyirəm ki, görülən bütün tədbirlərin ali məqsədi vətəndaşlarımızın sağlamlığının və həyatının qorunmasıdır”, - deyə Ə.Əsədovun müraciətində bildirilib.

 

Вся лента