11:02 - 5.06.2020
5 iyun, Fineko/abc.az. Kaspersky-nin COVID-19-un iş tərzinə təsiri ilə bağlı yeni bir araşdırmasına görə, uzaqdan işləmək rejiminə keçən işçilərin 73% -i hələ də rəqəmsal savadlılığı artırmaq üçün heç bir tövsiyə almayıb və onları kiber risklərdən qorumaq üçün hazırlanmış təlimlərdən keçməyib. İndiki şəraitdə, şirkətlər üçün korporativ məlumat təhlükəsizliyini təmin etmək daha çətindir. Məsələn, respondentlərin 27% -i COVID-19-la əlaqəli fişinq məktubları aldıqlarını söyləyib. Kiber risklərin qarşısını almaq üçün təşkilatlar öz işçilərinə kiber təhlükəsizlik qaydaları haqqında təlim keçməlidirlər.
İş proseslərinin məhsuldarlığını və səmərəliliyini qorumaq və eyni zamanda işçilərin zəruri xidmətlərə təhlükəsiz girişini təmin etmək bugünlərdə biznes üçün çox vacibdir. Uzaqdan işləmək, korporativ istifadəçilərin boşluğu olan Wi-Fi nöqtələrinə bağlanması və ya işçi heyəti tərəfindən kölgə İT mənbələrindən istifadə edilməsi kimi problemlərə səbəb ola bilər.
Kaspersky-nin araşdırmasına görə, bir çox işçilər həqiqətən də şirkətlərin İT şöbələri tərəfindən təsdiqlənməyən onlayn xidmətlərdən istifadə etməyə başlayıblar. Söhbət sözdə kölgə İT-dən gedir: videokonfrans xidmətləri (70%), messencerlər (60%), faylların saxlanması üçün bulud xidmətləri (53%) və s.
"İndi həmişəki kimi işləməyə davam etmək çətindir, çünki demək olar ki, hər şey kəskin dəyişib. Şirkətlərin işçiləri evdən işləyərək yeni reallıqla barışırlar, İT komandaları və informasiya təhlükəsizliyi şöbələri iş proseslərinin təhlükəsizliyini təmin ediərək təzyiq altındadırlar. Kiber insidentlər yalnız cari tapşırıqları çətinləşdirə bilər, buna görə də ayıq olmaq və uzaqdan işin təhlükəsizliyini təmin etmək vacibdir,” Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirib.
Kaspersky, təşkilatlara kiber təhlükəsizliyi təmin etmək üçün aşağıdakı tədbirləri görməyi tövsiyə edir:
Koronavirus pandemiyasının insanların işinə təsiri barədə hesabatın tam versiyası ilə burada tanış ola bilərsiniz: https://www.kaspersky.ru/blog/report-covid-wfh/28391/.
25 Апрель 2024
25 Апрель 2024
25 Апрель 2024
25 Апрель 2024
25 Апрель 2024
25 Апрель 2024
25 Апрель 2024
25 Апрель 2024
25 Апрель 2024
25 Апрель 2024
25 Апрель 2024
25 Апрель 2024
25 Апрель 2024
25 Апрель 2024
25 Апрель 2024
25 Апрель 2024
24 Апрель 2024
24 Апрель 2024
24 Апрель 2024
24 Апрель 2024
24 Апрель 2024
24 Апрель 2024
24 Апрель 2024
23 Апрель 2024
23 Апрель 2024
23 Апрель 2024
23 Апрель 2024
23 Апрель 2024