Bir ildə 198 min manat zərər edən BOKT – Hesabat

14:24 - 5.06.2020


5 iyun, Fineko/abc.az. “Premier Kredit” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2019-cu ili 198 min manat zərərlə başa vurub. Halbuki, BOKT 2018-ci ildən 35 min manat xalis mənfəətlə çıxmışdı.

ABC.AZ report-a istinadən xəbər verir ki, bu il yanvarın 1-nə “Premier Kredit”in aktivləri 1,9 milyon manat olub ki, bu da illik müqayisədə 50,6% azdır.

Bunun 1,7 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2019-cu ildə BOKT-un kredit portfeli 51,1% kiçilib. Hesabat dövründə “Premier Kredit”in öhdəlikləri 50,6% azalaraq 1,7 milyon manata, balans kapitalı isə 50,4% azalaraq 203 min manata düşüb, o cümlədən nizamnamə kapitalı 9,6% artaraq 401 min manat olub.

 

Вся лента