Ötən gün azaldıqdan sonra neft qiymətləri cüzi artır

09:58 - 9.06.2020


9 iyun, Fineko/abc.az. Çərşənbə axşamı neftin etalon markalarının qiyməti Səudiyyə Ərəbistanı, Küveyt və Birləşmiş Ərəb Əmirliklərinin hasilatın könüllü məhdudlaşdırılmasından imtina  barədə əvvəlki xəbərlər fonunda əvvəlki ticarətdə azaldıqdan sonra zəif olaraq artır.

Səudiyyə Ərəbistanının energetika naziri şahzadə Əbdüləziz bin Salman Bazar ertəsi Səudiyyə Ərəbistanı, Küveyt və Birləşmiş Ərəb Əmirliklərinin neft hasilatına əlavə məhdudiyyətlərin yalnız iyunda 1,2 mln.b/s həcmində qüvvədə olacağını bəyan edib.

Saat 8:30-da London ICE Futures birjasında Brent-in avqust üzrə fyuçers qiyməti $0,21 (0,51%) – bir barelə $41,01-ə yüksəldi.

İyunun 8-də keçirilən sövdələşmələrin nəticələrinə görə, Brent-in avqust ayı üçün neft müqavilələrinin qiyməti 1,50 dollar (3,55%) - barelə görə 40,80 dollara düşüb.

Saat 8:30-da Nyu-York əmtəə birjasında (NYMEX) WTI-in iyul ayına olan fyuçersi $0,30 (0,79%) – bir barelə $38,49-ə yüksəldi.

İyunun 8-də Nyu-York əmtəə birjasında (NYMEX) keçirilən ticarətin nəticələrinə görə, WTI-in iyul ayına olan fyuçersi 1,36 (3,44%) dollar, barel başına 38,19 dollara düşüb.

 

Вся лента