Azərbaycan 1 ayda sutkada xam neft hasilatını 160,8 min barrel azaldıb – Nazirlikdən açıqlama

12:17 - 9.06.2020


9 İyun, Fineko/abc.az. 2020-ci ilin may ayında ölkə üzrə gündəlik neft (kondensantla birlikdə) hasilatı 650 min barrel olub.

Energetika Nazirliyindən ABC.AZ-a bildirilib ki, bunun 557,2 min barrelini xam neft, 92,8 min barrelini isə kondensat təşkil edib. 557,2 min barrel xam neftin 437,6 min barreli “Azəri-Çıraq-Günəşli”, 119,6 min barreli isə SOCAR (Azneft” İB, BM və ƏŞ) üzrə hasil edilib.

“OPEC plus” üzrə gündəlik neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən 9,7 mln. barrel ixtisarı prosesi çərçivəsində Azərbaycan mayda sutkada xam neft hasilatını 160,8 min barrel azaldıb. Beləliklə Azərbaycan 164 min barrel həcmində olan öhdəliyini mayda 98 faizdən çox yerinə yetirib.

 

Вся лента