Bakıda şüşə örtüklü piyada keçidi tikilib – Yaxın vaxtda istifadəyə veriləcək

14:18 - 9.06.2020


9 iyun, Fineko/abc.az. "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin (AAYDA) sifarişi əsasında hazırlanan daha bir layihə yekunlaşmaq üzrədir.

Belə ki, Bakı şəhəri, Neapol küçəsində Heydər Əliyev parkının yanında yerüstü piyada keçidinin tikintisi artıq sona çatır.

Bu barədə ABC.AZ-a AAYDA-dan bildirilib. Məlumata görə, şüşə örtükdən ibarət olan yerüstü piyada keçidində fiziki məhdudiyyətli insanların rahatlığını təmin etmək üçün 2 müasir lift quraşdırılıb.

Qeyd edək ki, piyada keçidi təhlükəsiz istismarı, ətraf mühitin qorunması, həmçinin partlayış-yanğın təhlükəsizliyini təmin edən normalara, təlimatlara və Dövlət Standartlarına uyğun olaraq inşa edilib. Hazırda ərazidə binanın mühəndis şəbəkələri ilə təminatı, abadlaşdırma və yaşıllaşdırma işləri yerinə yetirilir. Yaxın günlərdə yeni yerüstü piyada keçidinin vətəndaşların istifadəsinə verilməsi nəzərdə tutulub.

Müəllif: Elmir Murad

 

Вся лента