100-dən çox ölkə BVF-dən təcili maliyyə yardımı alacaq – Artıq müraciət edib

15:45 - 10.06.2020


10 iyun, Fineko/abc.az. Qlobal olaraq dövlət borclarının bu il ərzində 13 faiz bəndi qədər artaraq, dünya ÜDM-nin 83 faizindən 96 faizinə qalxacağı proqnozlaşdırılır.

ABC.AZ-ın məlumatına görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.

Onun sözlərinə görə, Azərbaycanda bu göstərici orta dünya səviyyəsindən beş dəfə aşağıdır.

Eyni zamanda, fiskal balansın inkişaf etməkdə olan ölkələrdə kəskin mənfi olacağı, orta gəlirli və aşağı gəlirli ölkələrdə isə müvafiq olaraq ÜDM-in -9.1 və -5.7 faizinə qədər çataçağı gözlənilir.

İnkişaf etməkdə olan ölkələrin qeyri-rezidentlərinin portfelindən maliyyə çıxarılmaları bu ilin yanvar ayının sonlarından başlayaraq artım tendensiyası ilə 100 milyard dollara çatıb: "Qlobal faiz dərəcələrinin çox aşağı olmasına baxmayaraq, inkişaf etməkdə olan ölkələrin əksəriyyəti üçün borclanmanın xərci artıb: inkişaf etməkdə olan ölkələrin suveren istiqrazları üzrə kredit spredi ilin əvvəlindən aprel ayına qədər iki dəfədən çox artaraq 600bps-ə (6%) çatıb. BVF-yə 100-dən çox ölkə sürətli maliyyələşdirmə alətindən (RFİ) istifadə edərək təcili maliyyə yardımı almaq üçün müraciət edib".

 

Вся лента