“Türk Hava Yolları” 2017-ci ilin nəticələrini açıqlayıb

10:16 - 17.01.2018


“Türk Hava Yolları” aviaşirkəti uğurla başa vurduğu 2017-ci ilin nəticələrini açıqlayıb.

 

Ötən il şirkət tərəfindən daşınan sərnişinlərin sayı əvvəlki illə müqayisədə 9,3% artaraq 68,6 milyona çatıb. 2017-ci ildə reyslərin yüklənmə səviyyəsi 4,7 faiz bəndi artaraq 79,1% təşkil edib. Ötən ilin dekabr ayında isə aiareyslərin yüklənmə səviyyəsi şirkətin tarixində ilk dəfə olaraq rekorda çatıb – 79,5%.

 

Hələ 2017-ci ilin yanvarında “Türk Hava Yolları”nın İdarə Heyətinin və İcrayyət Komitəsinin sədri İlker Aycı bildirmişdir: “Güman edirik ki, 2017-ci ildə əvvəlki ilə nisbətən daha yaxşı nəticələrə nail olacağıq. İllik planı hazırlayarkən biz Türkiyədəki vəziyyəti, aviasiya və turizm sahələrinin aktual tendensiyalarını əsaslı surətdə tədqiq etmişik. Əminəm ki, 2017-ci ili uğurla başa vuracağıq və “Türk Hava Yolları” bir qədər də güclü olacaq, brendin dəyərini və bazar payını artıra biləcək”.

 

2017-ci ilin dekabr ayının yekunları:

 

  • Reyslərin yüklənmə səviyyəsi 5,1 faiz bəndi artaraq 79,7%-ə çatıb, kreslo-kilometrlərin sayı 8,9% artıb. Beynəlxalq aviareyslərdə yüklənmə səviyyəsi 5 faiz bəndi artıb və 79,2% təşkil edib. Həm daxili, həm də beynəlxalq reyslərdə yüklənmə səviyyəsi “Türk Hava Yolları”nın tarixində rekorda çatıb.
  • İyulda başlayan tələbatın ikirəqəmli artımı dekabrda 16,3%-lik artım ilə davam edib.
  • Daşınan sərnişinlərin ümumi sayı 21,4% artaraq 5,5 milyona bərabər olub. 2016-cı ilin dekabr ayı ilə müqayisədə sərnişindaşımanın həcmi və tələbat 17% artıb.
  • Beynəlxalq aviareyslər üzrə sərnişindaşıma 39% artlb (tranzit sərnişinlər istisna olmaqla).
  • Dekabr ayında daşınan yüklərin/poçtun həcmi əvvəlki ilin analoji ayı ilə müqayisədə 18,4% artıb. Artım əsasən Yaxın Şərq (28,7%) və Avropanın (24%) hesabına baş verib.
  • Hesabat ayında reyslərin yüklənmə səviyyəsi bütün regionlar üzrə artıb. Yaxın Şərq, Şimali Amerika və Afrika müvafiq olaraq 7,1 faiz bəndi, 6,8 faiz bəndi və 5,6 faiz bəndi artıb.

 

2017-ci ilin yekunları:

 

  • Yanvar-dekabr aylarında tələbat və sərnişinlərin ümumi sayı əvvəlki illə müqayisədə müvafiq olaraq 7,9% və 9,3% artıb. Daşınan sərnişinlərin ümumi sayı 68,6 milyona çatıb.
  • Hesabat ilində reyslərin yüklənmə səviyyəsi 4,7 faiz bəndi artaraq 79,1%-ə çatıb, beynəlxalq reyslər üzrə bu göstərici 5 faiz bəndi artıb və 78,4% təşkil edib.

 

 

Вся лента