SOCAR-ın Ruminiyada daha 5 YDM-i olacaq

12:28 - 11.06.2020


11 iyun, Fineko/abc.az. “SOCAR Petroleum SA Romania” şirkəti (SOCAR-ın Rumıniyadakı "törəmə"si)” “IPECO S. A.” şirkəti tərəfindən istismar edilən 5 yanacaqdoldurma məntəqəsini (YDM) icarəyə götürməyi planlaşdırır.

ABC.AZ interfax-a istinadən xəbər verir ki, "Rumıniyanın Rəqabət Şurası "SOCAR Petroleum SA "şirkətinə Gorj vilayətində “İPECO S. A.” tərəfindən idarə olunan 5 YDM-nin istismara verilməsi hüququ verən sövdələşməni nəzərdən keçirir", - deyə Rumıniyanın antiinhisar orqanı bildirir.

Şuranın məlumatına görə, sövdələşmə təsdiqlənərsə, “SOCAR Petroleum SA” tərəfindən 5 yanacaqdoldurma məntəqəsi uzunmüddətli icarə əsasında istismar ediləcək. Sövdələşmənin məbləği açıqlanmır.

Qeyd edək ki, “Rumıniyanın Rəqabət Şurası bu ilin aprel ayında “Aral MTB SRL” şirkətinin nəzdində fəaliyyət göstərən 6 yanacaqdoldurma məntəqəsinin istifadə hüququnun 10 il müddətinə “SOCAR Petroleum SA”ya keçməsinə icazə verib.

 

Вся лента