EBRD və Bank Respublika “Maliyyə vasitəçilərinin potensialının gücləndirilməsi proqramı” çərçivəsində əməkdaşlıq edəcək

10:02 - 12.06.2020


12 iyun, Fineko/abc.az. Ölkəmizdə biznesin inkişafına böyük dəstək verən Bank Respublika, Avropa Birliyi (AB) tərəfindən EU4Business təşəbbüsü çərçivəsində maliyyələşdirilən, Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) “Maliyyə vasitəçilərinin potensialının gücləndirilməsi üzrə Texniki Əməkdaşlıq proqramı”na qoşulub. EBRD-nin Azərbaycanda beynəlxalq layihələrin həyata keçirilməsi məqsədilə əsas tərəfdaş kimi “Bank Respublika”nı seçməsini növbəti dəfə banka olan yüksək etimadın göstəricisi kimi qiymətləndirmək olar.

Sazişə əsasən Bank Respublika, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin kreditləşdirilməsini daha da təkmilləşdirərək ən qabaqcıl beynəlxalq praktikaya uyğunlaşdıracaq. Bu məqsədlə nüfuzlu beynəlxalq konsaltinq şirkəti Banka texniki dəstək göstərəcəkdir. Bank Respublika və EBRD arasındakı bu yeni əməkdaşlıq sahəsi, EBRD tərəfindən kiçik və orta biznes subyektlərinin kreditləşməsini dəstəkləmək üçün banka verdiyi kredit xətlərinin, habelə AB-nin də dəstəyi ilə Azərbaycanın bölgələrindəki fermer və kənd təsərrüfatı müəssisələrinə verilən kreditlərin uğurla həyata keçirilməsinə əsaslanır.

Qeyd edək ki, respublikanın əksər regionlarında filiallara malik olan Bank, özünün strategiyasına müvafiq olaraq, əhaliyə mikro, kiçik və orta sahibkarlığa dəstək göstərən layihələr həyata keçirməklə qeyri-neft sektorunun sənaye, kənd təsərrüfatı, tikinti, ticarət və xidmət kimi sahələrinin inkişafında öz töhfəsini verməkdədir.

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

 

Вся лента