Silahlı Qüvvələrin Baş Qərargah rəisi NATO-nun iclasında iştirak etdi

11:37 - 17.01.2018


17 yanvar, Fineko/abc.az. Azərbaycanın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi yanvarın 16-da NATO-nun Hərbi Komitəsinin Baş Qərargah Rəisləri səviyyəsində keçirilən görüşlərində iştirak edib.

Müdafiə Nazirliyinin məlumatında deyildiyi kimi, Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov  NATO-nun Mənzil Qərargahında NATO-nun Hərbi Komitəsinin “Qətiyyətli Dəstək” və “Stabilliyin Layihələşdirilməsi” formatlarında keçirilən görüşlərdə iştirak edib.

“Qətiyyətli Dəstək” formatında keçirilmiş görüşdə Baş Qərargah Rəisləri Əfqanıstandakı təhlükəsizlik şəraiti, NATO-nun Qətiyyətli Dəstək Missiyasının gedişatı və əməliyyat şəraitindəki dəyişikliklər, o cümlədən Cənub Şərqi Asiya regionundakı vəziyyətə dair müzakirələr aparıblar.

“Stabilliyin Layihələşdirilməsi” formatında keçirilmiş görüşdə isə, Avropanın cənub qonşuluğunda təhlükəsizlik və stabilliyə hərbi töhfə məsələləri, eləcə də bu töhfələr üzrə NATO, Avropa İttifaqı, regional təhlükəsizlik təminatçıları və milli səylər arasında əməkdaşlıq məsələləri müzakirə edilib.

 

 

Вся лента