330x110
 

TuranBank Avropa Yenidənqurma və İnkişaf Bankı ilə (AYİB) texniki yardım layihəsinə start verdi

16.06.2020,10:50


16 iyun, Fineko/abc.az.  TuranBank ASC və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) arasında “Maliyyə vasitəçilərinin potensialının gücləndirilməsi üzrə Texniki Əməkdaşlıq proqramı” çərçivəsində, MKOS subyektlərinin maliyyələşdirilməsi potensialının artırılması istiqamətində müqavilə imzalanmışdır. İmzalanmış müqaviləyə uyğun olaraq nüfuzlu Biznes və Maliyyə Məsləhət şirkəti tərəfindən bankımıza MKOS maliyyələşdirilməsi üzrə texniki yardım və dəstək xidmətləri göstəriləcəkdir. Bununla bağlı qarşı tərəfin ekspertlərindən ibarət işçi qrupu bankımızda müvafiq qaydada qiymətlindirmələr aparmış və həyata keçiriləcək layihələrin planı təsdiq edilmişdir.

 

AYİB tərəfindən göstəriləcək texniki yardım və xidmətlər TuranBank ASC-nin kreditləşdirmə potensialının gücləndirilməsi, təşkilati strukturunun təkmilləşdirilməsi, menecment informasiya sistemlərinin tətbiqi və MKOS subyektlərinin maliyyələşdirilməsi üzrə marketinq strategiyasının hazırlanması istiqamətlərini əhatə edəcəkdir. Proqramın icrası bir il müddətində davam edəcəkdir.

 

TuranBank

Bizimlə etibarlıdır......

Ключевые слова: TuranBank