Qaz təchizatında itkilərin qarşısı alınacaq – Təkliflər hazırlanacaq

10:48 - 17.06.2020


17 iyun, Fineko/abc.az. Energetika Nazirliyi məşhur  “McKinsey&Company” şirkəti ilə müqavilə imzaladı Energetika Nazirliyi ilə “McKinsey&Company” şirkəti arasında ölkənin qaz təchizatı sisteminin müfəssəl diqanostikasının aparılmasına dair müqavilə imzalanıb.

ABC.AZ xəbər verir ki, müqaviləyə əsasən şirkət Energetika Nazirliyinə ölkədə qaz təchizatı sisteminin səmərəliliyini artırmaq, istehlakçıların tələbatının etibarlı şəkildə ödənilməsini təmin etmək üçün bu sahədə islahatların aparılması ilə bağlı təkliflərin hazırlanmasında məsləhətçi xidmətləri göstərəcək.

Diaqnostikanın nəticələri Energetika Nazirliyi tərəfindən qaz təchizatı sistemində itkilərin qarşısının alınması, ölkədə istehlak olunan təbii qazın sərfiyyatının ölçülməsinin dəqiqliyinin yüksəldilməsi və idarəetmənin təkmilləşdirilməsi, müasirləşdirilməsi ilə bağlı müfəssəl təkliflərin formalaşdırılması üçün istifadə ediləcək. Həmçinin bu nəticələr əsasında qaz təchizatı sahəsində bazar münasibətlərinə mərhələli keçid, investisiyaların effektivliyinin artırılması və normativ-hüquqi bazanın müasirləşdirilməsi ilə bağlı təkliflər hazırlanacaq.

 

 

Вся лента