Bakının “qara” valyuta bazarında avro və rubl bahalaşıb

12:56 - 17.01.2018


17 yanvar, Fineko/abc.az. Bu gün paytaxtın “qara” valyuta bazarında rubl və avronun qiyməti yüksəlib.

Amerika dollarının alış qiyməti 1,6950 manat, satış qiyməti isə 1,7020 manat təşkil edib. Bu zaman, avronun alışı 2,04 manatdan 2,05 manata, satışı isə 2,05 manatdan 2,065 manata qalxıb, bununla da, manata nisbətən 0,7% sabitləşib.

Rublun qiymətləri həmçinin yüksəlib. Alış qiyməti 0,0290 manatdan 0,0292 manata, satış qiyməti isə 0,0293 manatdan 0,0296 manata yüksəlib. Rubl 1% sabitləşib.

 

Вся лента