Alman iş adamları Azərbaycana gələcək – Noyabrda

12:21 - 17.06.2020


17 iyun, Fineko/abc.az. Noyabrın 23-27-i tarixlərində Almaniya şirkətlərindən ibarət işgüzar nümayəndə heyəti Azərbaycana səfər edəcək.

ABC.AZ-ın apa-ya istinadən məlumatına görə, Alman-Azərbaycan Xarici Ticarət Palatasından ("AHK Azərbaycan) bildirilib ki, Almaniyanın Federal İqtisadiyyat və Energetika Nazirliyi, Alman Mühəndislik Birliyi və "Commit Project Partners GmbH" şirkəti ilə əməkdaşlıq çərçivəsində təşkil olunacaq işgüzar görüşlərdə əsasən neft və qaz sənayesi və maşınqayırma üzrə əməkdaşlığa toxunulacaq.

“AHK Azərbaycan”dan bildirilib ki, Almaniya Azərbaycanın dördüncü ən vacib ticarət tərəfdaşı olsa da, Alman məhsulları ölkədə böyük nüfuza malikdir. Belə ki, 2018-ci ildə Almaniyanın Azərbaycana etdiyi ümumi ixracın 32,6%-i maşın, 23,4%-i isə nəqliyyat vasitələri və ehtiyat hissələri təşkil edib. Maşın ixracatı ümumi dəyəri 110 mln. avroya çatdırıldı. Azərbaycana idxal olunan maşınların yalnız dörddə biri inşaat və tikinti materialları zavodları sektoruna, 13,4%-i isə qida emalı və qablaşdırma sektoruna aiddir.

 

Вся лента