2017-ci ilin 11 ayı ərzində Azərbaycan əhalisinin sayı 80,7 min nəfər artıb

15:52 - 17.01.2018


17 yanvar, Fineko/abc.az. 2017-ci ilin əvvəlindən dekabrın 1-dək Azərbaycan əhalisinin sayı 80,731 nəfər artıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, keçən ilin əvvəlindən əhalinin sayı 0,8% artıb.

“1 dekabr 2017-ci il tarixinə Azərbaycan əhalisinin sayı 9 890 712 nəfər təşkil etmişdir. Əhalinin 53,0%-i şəhər, 47,0%-i kənd əhalisi, 49,9%-i kişi, 50,1%-i qadın təşkil edir. Hər 1000 kişiyə 1006 qadın düşür”, - məlumatda belə deyilir.

Əhalinin 1 kvadrat kilometr üzrə sıxlığı 114 nəfər təşkil edir.

 

 

Вся лента